Cəbhə xəttinin Fizuli istiqamətində erməni hərbi birləşmələrinin təxribatının
qarşısını alarkən şəhid olan əsgər1997-ci il təvəllüdlü Mehrəliyev Sərvan Natiq oğlu bu gün Ağdamın
Üçoğlan kəndində dəfn olundu. Qardaşı ilə döyüş əməliyyatında birgə iştirak
edən Sərvan adını şəhidlik zirvəsinə yazdırmaqla Vətənə layiqli övlad olduğunu
hər kəsə göstərdi. Dəfn mərasimində Xocalı və Ağdam rayon İcra Hakimiyyətinin
rəsmiləri, kənd sakinləri iştirak etdilər.
Şəhid Sərvan Mehrəliyev qürur hissi
ilə müqəddəs torpağa tapşırıldı. Onun ruhu qarşısında əminliklə bildirildi ki, hər qarış
torpağımız düşmən tapdağından azad ediləcək. Şəhidlərin qisası mənfur
düşmənlərdən artıqlaması ilə alınacaq.
Qəbirin nurla dolsun şəhidim...